Şahdəniz-2

Cavab tapmaq çətindir, Azərbaycanın sərvəti bizə Tanrı tərəfindən verilən bəxşişdir ya bədbəxtlik?Bədbəxtlik deyirəm çünki, bu sərvətlərdən bizdən çox başqaları yararlanıb.Neft, qaz ehtiyyatları ilə bol olan bu torpaqda sərvətlərdən gələn gəlirin neçə faizi xalqa verilib bunu siz məndən yaxşı bilərsiz ( Həyata keçirilən layihələrdən sonra mən həyatımda heçbir dəyişiklik hiss etməmişəm )

1994-cü ildə əsrin müqaviləsi ( Bakı-Tiblisi-Ceyhan neft kəməri müqaviləsi ) imzalandı.Çökmüş vəziyyətdə olan ölkə iqtisadiyyatı dirçələcək, yeni iş yerləri açılacaq, Azərbaycan xalqı da ağ günə çıxacaq fikirində olanlar var idi.Xalq layihənin həyata keçirilməyini gözləyirdi.Layihə iştirakçılarından olan, nefti ixrac edən Azərbaycana biçilən pay cəmi 25%. Qərb dövlətləri zəli kimi yapışıb sərvətləri xortumlamağa qərar vermişdi.Əziyyəti çəkən yenə xalq olacaqdı.Satan razı, alan razı idi.Mühüm məsələ xalqa düşəcək pay idi.Normal dövlətdə əsas məqsəd xalqın rifahı nəzərə alınır.Neftdən gələn gəliri dövlət parklara tökməyə başladı, 60 rayonda, 60 heykəl, bahalı daş hasarlar, kafel və metlaqlı parklar.btc_az

İkinci mərhələ neftdən gələn gəlirlə yeni iş yerlərini açmaq, iqtisadiyyatın neftdən aslılığını aradan qaldrımaq idi.Bunun da nəticəsi bu günki günümüzdə göz qarşısındadı.Statistik göstəricidə ölkə iqtisadiyyatın 90% gəlir mənbəyi yenə də neftdən gəlir.Qeyri neft sektorunun isə sürətli inkişafından danışmaq yəqin ki, ağılsılıq olardı.İşsizliyi xalqın güzəranına da baxıb görmək olar.Çayxanalarda veyillənən gənclik və orta nəsil, İşsizlikdən topaz və damino çütlüyündən ayrıla bilmirlər.

Bir neçə gün öncə Tv dən əsrin müqaviləsi 2 layihəsi rəsmən qüvvəyə minəcək sözünü eşitdim.Ağlımdan gələn ilk söz “LOX” oldu.Qərb bizi, sərvətimizi yenə soyacaq, dövlət də Azərbaycan inkişaf edir, çiçəklənir sözlərini işlədəcək.20 ildi çiçəklənib deyib zatən bizi Cinquli meşəsi mühitinə salıblar.Bu dəfəki layihədə isə ( Şahdəniz-2 ) Azərbaycana düşəcək pay16,7% dir.Əsrin layihəsində ayrılan pay cəmi 16,7 %.Bakı-Ceyhan neft kəməri layihəsindən gələn 25% gəlirin səmərəsini yaşadıq ( bu layihə xalqa yoxsa məmurlara xeyir gətirdi buna siz qərar verin ) Allah bilir 16,7% paydan xalqa nə qədər veriləcək.Mən şəxsən bir vətəndaş olaraq ümidsizəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma