İsa Qəmbər, Əli Kərimli.

1383046769_01Brak Obamanın İlham Əliyevi 3-cü dəfə prezident seçilməsi münasibəti ilə təbriki məni bu postu yazmağa təhrik etdi.Əgər ölkənin demokratikləşməsi üçün mübarizə aparırıqsa, ilk öncə bizim cəbhədə olan maneələri aradan qaldırmalıyıq.Müxalifət dedikdə ilk öncə ağıla Müsavat və AXCP partiyaları gəlir.Qəbul edək ki, aparıcı qüvvələr də bu pariyalardı.Lakin bir sual yaranır.Bu partiyanın liderləri nə dərəcədə səmimidirlər və Azərbaycanın demokratikləşməsini öz maraqlarından üstün tuturlarmı?

    Hər kəs Azərbaycanı Gürcüstan ilə müqayisə edir, həmçinin Saakaşvili ilə İlham Əliyevi.Bu müqayisə edənlər məncə yanlış edirlər.Saakaşvili müxalif düşərgədə olub və əzmli mübarizə göstərərək hakimiyyətə gəlmişdi.Sözümün canı budur ki, siz Saakaşvili ilə İsa Qəmbəri, Əli Kərimlini müqayisə edin.Bir tərəfdə uğurlu gənc siyasətçi, digər tərəfdə isə 20 ildi eyni metodla, kinlə, nifrətlə mübarizə aparan bizim “liderlər”

   Bir qədər keçmişə qayıdaq.İsa Qəmbər illərdi demokratiya üçün mübarizə apardığını deyir.1998-ci ildə Əbülfəz Elçibəyi namizəd kimi dəstəkləmiyən bu şəxs, birliyi pozan aparıcı insanlardan olub.Beş il sonra, 2003-cü ildə onu meydanda görmək istəyən insanların arzusunu ürəyində qoydu, meydana çıxmadı.2005 parlament seçkilərinə birlikdə getmək üçün İsa, Eli, Lalə, Resul Quliyev birlik yaratdi. 2005 seckiləri saxta keçirldiyi üçün blog baykot etdi ve millli məclisə düşənlər də yerlərindən imtina elədi amma İsa Qember qərara tabe olmadı 5 nəfər millət vəkili getdi milli meclisə.Yəni seçkini addimi ilə tanidı. İndi sual olunur niyə 2005 də İctima Palata yaratmadin? O vaxt seçki saxta deyildimi? əlbəttə saxta idi və indikinə baxdiqda onda guclu idiniz.Sualın cavabı sadədi maddi maragini demokratiya maragindna ustun tutdun İsa Qəmbər

   AXCP lideri Əli Kərimli.Radixal müxalifətçi.Çıxışları kinli, facebook statusları kinli.Bu siyasətləali-bey11 illərdi müxalifətdə qalıb.Şikayətlənir ki, Azdlıq azetinə təyziq var.Vətəndaşlar abonə olaraq qazetin davamlı fəaliyyətinə dəstək olsunlar.Əli Kərimli nə qazetin saytında nə də qazetdə özündən başqa partiya liderinə yer vermir.Niyə və nə üçün dəstək olmalıyam?!

Bu ilki çekilərdə də Cəmil Həsənlini fiqur kimi atdılar ortaya.Bir cümlə ilə ifadə edim.Cəmil Həsənli uğur qazana bilməz çünki, İsa Qəmbə və Əli Kərimlinin kölgəsində qalıb.Prosesi aparan şəxs tam azad olmalıdı. 

   Azərbaycanın demokratikləşməsi, mübarizənin genişlənməsi üçün müxalifət “liderləri” istefa edərək getməlidi.Yeni sima, yeni lider vacibdir.Bu insanlar ilə uğur əldə etmək utopyadan başqa birşey deyil.

   

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma