Kommunizmdən kapitalizmə.

Boxers_7Bu dəfəki blog yazımda kommunizim və kapitalizm haqqında fikirlərimi qeyd edəcəm.İxtisasım iqtisadiyyat olduğu üçün məncə bu yazını yazmağa haqqım var qeyri peşəkar olsam belə. İlk öncə müəllimlərimizdən başlayaq.Azərbaycanda hər təhsil müəsisəsində mühazirə zamanı müəllimlər Azərbaycanı kapitalist ölkə olduğunu, yaradılan imkanların, tətbiq edilən metodların kapitalizmə uyğun olduğunu deyir.Bununla razı deyiləm, 90-cı ildən sonra Azərbaycan iqtisadiyyatı oliqarxların əlində cəmlənib, müəsisələr, banklar və.s güclü məmurların əlaltıları ilə idarə olunur.Halbuki kapitalist iqtisadi sistemi tətbiq edən ölkə üçün bu yolverilməzdi.Sözümün qısası budur ki, kapitalizmdən danışanda Azərbaycanı misal göstərmək yerrsizdir.

Gələk mənim bu sistemlər haqqında olan fikrimə  🙂 İnsanlar özlərini dərk edəndən rəqabət edirlər, mübarizə aparırlar.Bu təkcə insana aid deyil heyvanlara da aiddi.Marxın dediyi komunizm insan təbiətinə qismən ziddi.İnsanların bərabar ola biləcəyini iddia edirdilər və bacardılar.Komunizmin hakim olduğu ölkələrdə qarşıdakı əsas məqsəd insanların bərabər olmasıdır və bunun üçün çalışırlar.Kənardan görünən isə budur, hərkəs bərabərdir amma yoxsul şəkildə.Yəni ölkəni, insanları varlı, zəngin etmədilər sadəcə bərabər etdilər.Ölkədə yaşayan hərkəs bərabər şəkildə imkansız, kasad imkanlara malik, yoxsul olduğu üçün heçkəs varlı həyata, zənginliyə qısqanmırdı.Mənim fikrimcə bu idarəetmə təbii deyil.Fərqli insanlardan ( fikir, ağıl, imkan cəhətdən ) bərabər imkanlı cəmiyyət qurmağı bacarmağa çalışılır bu sistemdə.Onun üçün tarixdə Komunizm və onu idarəetmədə tətbiq etmək istəyən liderlər böyük qurbanlar hesabına buna nail olub.

Komunizmdə sinifsiz cəmiyyət fikri var.Təbəqələşmə olmuyacaq, sinifsiz cəmiyyət formalaşacaq.SSR tarixinə nəzər yetirin, sizcə sinfsiz cəmiyyət formalaşmışdı? məncə xeyir.Sadəcə adları dəyişmişdi.Burjiaziya yerinə idarə edən, proletariya yerinə idarə edilən.İqtisadi mühazirələrdə oxuduğum Karl Marksın, Engelsin, Stalinin fikirləri insana xoş gəlsə də tətbiqetmədə uğurlu olmur.

Kapitalizmdə isə ən azı hərəkət, aktivlik vardır.Yoxsul biri ən azından yüksələ bilər, zəngin ola bilər.Azad rəqabət buna imkan verir.Komunizmdə isə bu yoxdur.Hərəkət yoxdur, aktivlik yoxdur.Hərkəs bərabərdir ancaq fərqli şəkildə.İdarə edicilər illərlə eyni postda qalır.Bir inqilab ehtimalı,dəyişiklik ehtimalı, və ya idarə edilən sıravi bir vətəndaşın idarə edən olma hetimalı çox azdır.

Advertisements

Kommunizmdən kapitalizmə.” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma