Yalançı səmimilik.

imagesƏvvala onu deyim ki, biz təsir altındayıq.Şüurları paslanmış gənclikdən necə lazımıdrsa elə də istifadə edirlər.Göz görmək istədiyini görür, qulaq eşitmək istədiyini eşidir. Neçə ildi bu vəziyyət bizi daha da geriyə aparır. Kimdir bizi bu hala salan?! Bizim xalq qoyundurmu?! Oyanın ay millət!

Bizim xalqın bədəninə elə virus salıblar ki, bir türlü yaxa qurtara bilmir. Mən iqtidar haqqında yazmıyacam.Saxta  seçkilərlə seçilən birinin xalqa xeyir verməyini, xalqın rifahını yaxşılaşdırmağı düşünmək əlbətdə ki ağılsızlıqdır. Bəs, bizə demokratiya, azadlıq, gözəl yaşayış vəd edən müxalifət nə gündədi bir ona baxın.

Əvvala illərin müsavatına və hazırkı müsavat baxın və müqayisə edin.Fərqi özünüz görəcəksiz. 2003-cü ildə Müsavat divanına hər adam daxil ola bilməzdi. Bu gün isə Müsavatın divanına yoldan keçəni salıblar. 2003-cü il və ondan sonraki illərdə xalqda azadlıq istəyi az idi, partiyalarda güclü, indi isə tam əksidi.Xalqda əsl ab-hava var siyasi partiyalar isə çox gücsüzdür. İllərdi mübarizədən dəm vuran müxalifət bir vahid namizəd meydana çıxara bilməyib. Bu da kreslo hərisliyinin göstəricisidi. Bu gün sığındığınız müxalifətin etdiyi yalançı səmimilikdir. İnsanlar bu səmimiliyi asanlıqla düzgünlük kimi görürlər. Düzgünlüklə yalançı səmimiliyi seçin! Cəsarətsiz mübarizə izləməkdən gözlərimiz mazol olub

İRƏLİ içtimai birliyi haqqında yəqin ki, məlumatınız var. Sabun yığını.Yaltaqlanaraq özlərinə karyera quran bu gənclər əsl ünsür adının daşıyıcılarıdır. Son günlərdə NİDA , İRƏLİ ictimai birliyinə və onların üzvlərinə lağ edirlər. Ədalətli mübarizədən dəm vururlar, bəs Nida və onun kimi digər hərəkatlar ədalətli mübarizə aparırmı?

Dostumuz bir nəfər haqqında status paylaşıb. Bu statusa da, bir neçə Nidaçı bəyənib  və Nidaçı xanım isə həmin nəfərin əleyhinə şərh yazıb. Məsələ aydın olanda ki, status bir nidaçıya aiddi status unlike edildi və(eləcə də digər N!DAçıların bəziləri) və xanım nidaçıdan o kommentin silinməsini istədi, xanım da sildi.

P.S Nida kimi hərəkat irəliçiləri sabun adlandırıb azad düşüncəli olmağa çağırır gənclərimizi. Sizin etdiyiniz nədi?! Bu əməllər sizi Girəlidən fərqləndirmir.

Son günlər baş verən nidaçı gənclərin həbsi. Çox üzücü haldı.Lakin tutlan dostların müdafiəsində də səmimilikdən əsər əlamət yoxdu. Həbs olunan Eynulla Fətullayev və Ruslan bəşirli mübarizədən gei çəkiləndə onları vətən xaini elan etdilər, günahlandırdılar. Üç gəncin efirə çıxıb hərşeyi bərbat etməsinə baxmayaraq onları qəhrəman edən bir hərəkat Azrəbaycanın müstəqilliyi üçün çalışır?! Məgər bu Eynulla və Bəşirlinin düşdüyü halla eyni deyil?

Sonda sözüm budur ki, Azərbaycan xalqının qurtuluşu sizdən mümkün deyil çünki, sizin mübarizənizdə səmimilik yoxdu.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma