Aylıq Arxivlər: Yanvarİ

REAL 3-cü qüvvə?

062900004161REAL ( Respublikaçı Alternativ Hərəkatı ) hərəkatı.Sektorda gedən müzakirələrdən biri də 3-cü qüvvə söhbətidir.Azərbaycanda 3-cü qüvvəyə ehtiyac var və bu qüvvə hansıdı? Sosial şəbəkələrdə REAL hərəkatını 3-cü qüvvə kimi görənlər az deyil.Təbii ki, müxtəlif fikir ayrılıqları olub və olacaq.Bu yazını yazmaq səbəbim də, fikir ayrılığından yaranıb.İstərdim REAL hərəkatı haqqında fikirlərimi bildirim.Onu demək istəyirəm ki, REAL hərəkatında kifayət qədər ağıllı, savadına şübhə edilmiyəcək, müasir düşüncəli insanlar var.Bu insanların dünyagörüşü və təcrübəsi Oxumağa davam et

Advertisements

Analoqu olmayan dilimiz

d88b65eb11Ayaqlar altına atdığımız — qürurumuz! Bu haqda çox yazılıb, çox deyilib… Çox da deyiləcək hələ..Bu həm əziz, həm doğma, həm də dərin və yaralı bir mövzudur.Savadsızlıq baş alıb gedir. Buna sübut lazım deyil, elə, küçələr, divarlar, pəncərələr bundan bar-bar bağırır. Söhbət dilimizin aqibətindən gedir.
Bu yaxinlarda Flora Kərimovanın bir videosuna baxırdım, xalq artisti ah-nəalə çəkirdi ki, dilimizi viran etmisiz, rus sözlərindən çox istifadə edirsiz.Maraqlısı budur ki, Flora xanim özü çıxış edəndə təxminən 7 dəfə “Uje” sözündən istifadə etdi 🙂
Qayidaq əsas mövzuya. Oxumağa davam et

Vahid Namizəd

isa-qember-2012Bəli vahid namizəd yenidən olmadı.Ancaq yenə də müxalifət fanatikləri insanları inandırmağa çalışırlar.Birinci onu qeyd edim ki xalqın heç bunlardan və bunların qərarından xəbəri yoxdu. Nə edirlərsə özlərinə edirlər çünki, Müxalifət artıq məhv olub. 2013-cü il də müxalifətə 2003 də olduğu kimi dəstək olmuyacaq.Bunların pofosu bitmək bilmir. Əvvəllər AXCP və Müsavat partiyalarında,stol arxasında professorlar, ziyalılar otururdu indi siz Tural Abbaslı və Səxavət Soltanlını görə bilərsiniz 🙂

Burdan fanatiklərə sözümü demək istərdim.Siz meydana çıxdınız, döyüldünüz,söyüldünüz, Unversitetdən, işdən qovuldunuz. Kimin üçün etdiniz bunları?! Layiqdilərmi?! Məncə layiq deyillər çünki bu liderlər əzəldən kreslo davası aparırlar. Oxumağa davam et

Regionlardan dəstək

Facebook-Dislike-Button2012-ci il də gənclər aktivliyi ilə seçildi.Sektora çox gənc qoşuldu, təşkilatlarda insanların sayı çoxaldı,yeni təşkilatlar yarandi və.s. Azərbaycanda dəyişiklik etmək niyyətində olan bu təşkilatların əlinə kifayət qədər şans düşdü ancaq bacarmadılar.Bunun da müxtəlif səbəbləri var.

Bir fikirləşin bu fəaliyyət göstərən təşkilatlara regionlardan dəstək varmı?! yoxdursa səbəbi nədi?!

Mən özüm paytaxtdan uzaq yaşayıram və əminliklə deyə bilərəm ki dəstək falan yoxdu, heç o təşkilatların adını da tanımırlar.
Çünki təşkilatdakılar Azərbaycanın yanlız Bakıdan ibarət olduqlarını düşünürlər.Bunun yanlış fikir olduğunu hər birimiz bilirik və dəyişiklik üçün regionlarda təkanın vacib olduğu bizə məlumdu. Oxumağa davam et