Aylıq Arxivlər: Avqustİ

N!da yoxsa Müsavat GT?

İlk öncə demək istiyirəm ki,bu yazacaqlarım mənim yaranmış şaiələr haqqında fikirlərimdi.Bu şaiyənin çoxdan yarandığını bilirdim.Mən də heç fikir vermirdim,çünki inanmırdım,ancaq Emin Milli və İsa Qəmbər söhbətindən sonra bu postu yazmaq qərarına gəldim.Və yazını bir çox gənclərin fikrlərinə əsalanıb yazıram.Söhbət Nida vətəndaş hərəkatının Müsavata yaxınlığı və yaxud ehtimal ki,müsavatın yeni bir taktika ilə yarada biləcəyi ehtimallar ortaya çıxır.Bir vətəndaş kimi məndə bu şaiyələrə öz fikrimi bildirəcəm.Obeyktivliyi qorumaq üçün Nida vətəndaş hərəkatı idarə heytətindən olan Kənan Qasımlıya sual verdim bu haqda. Oxumağa davam et

Advertisements

Emin Milli vs İsa Gambar

Son günlərdə sosial şəbəkələrdə ən aktual məsələ Emin Millinin müxalifət haqqında blog yazısıdı.Hansıki bu blog yazısında Emin Milli İsa Qəmbərə sual ünvanlıyıb.Bu saul 2003 cü ildə baş verən hadislələrlə bağlıdı.

Bir vətəndaş kimi öz fikrimi yazacam

Emin bəy blogu yazanda müxalif düşərgənin qəzəbinə tuş gələcəyini yəqinki ehtimal etmişdi.Bu fanatiklərin oyunlarını az-çox bilirəm.Əgər kimsə müxalifətə fikir bildirəcəksə və bu fikirdə tənqidlər olacaqsa vay sənin halına…Səni susdurmaq üçün əlindən gələni edərlər. Oxumağa davam et

Uğurlu rəqəm 1

1 rəqminin çox böyük məna kəsb etdiyini və xoşeyin başlanğıcı olduğunu anladım.Həyatda etmədiyimiz və sonradan peşman olduğumuz əməllərimizin kökündə məhz 1 rəqəmi durur.Çox istərdim ki,biz də bu uğurlu rəqəmin həyatımızda dönüş edəcəyinə inanaq.

Bir ağac bir meşənin başlanğıcı ola bilər.

Bir quş, baharın müjdəçisi ola bilər.

Oxumağa davam et

Biz..

Bu yazını çoxdan yazmaq istiyirdim.Məmləkətimizin insanları haqqında.İnsanlarımızın təfəkkürü,özünəməxsus xüsusiyyətləri və digər…Yazdıqlarımı oxuyan zaman bəlkədə yazılanlar sizə nəsə xatırladacaq.Hərbirimizin gördüyü,dərk etdiyi proseslər.Ancaq biz susuruq 😦

-Bir təsir altındayıq və bizə yanlız şüurumuz kömək edə bilər.Ancaq görürəm ki,gənclərin şüuru paslanıb.Şüur paslananda, göz görmək istədiyin görür, qulaq da eşitmək istədiyin eşidir.

Oxumağa davam et

Müasir Mollalar

Bə dəfə də istədim bizim bu din xadimləri haqqında yazım.Yas mərasimlərində baş kürsüdə oturub məclisin Palajeniyasına baxan mollalarımızdan.Şəxsən mən Molla adını eşidəndə Aş və Bozbaşın qənimi olan bir elitanı başa düşürəm.

Ümid edirəm ki,bu yazım kimlərinsə xətrinə dəyməz,amma yazmalıyam.Çalışıram ki,İnsanların inancına hörmətlə yanaşam.Bu cəmiyyətimizdə müəyyən bir kütlə var ki,dindən diksinib,sizcə bunun səbəbi nədir?! Dini bilmiyib də Din haqqında ağzına gələni danışanlar məhz bunun səbəbkarıdı. Oxumağa davam et